
UEFA Çempionlar Liqasının qrup mərhələsində ən yaxşı qolun müəllifi müəyyənləşib.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu ada Fransanın PSJ komandasının futbolçusu Neymar layiq görülüb.
Braziliyalı hücumçunun VI turun Türkiyə "Başakşehir"i ilə matçda (5:1) təqribən 23 metrlik məsafədən vurduğu qol ən yaxşı seçilib.