"Məndən əvvəl "Olimpik"in baş məşqçisi Visente Qomez olub. O, oyunçulara ispan futbolunun texnikasını aşılayıb".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Ukrayna "Olimpik"inin baş məşqçisi İqol Klimovski klubun rəsmi saytına açıqlamasında hazırda "Sabah"a rəhbərlik edən Visente Qomezin sabiq komandasındakı işini dəyərləndirərkən deyib.
45 yaşlı mütəxəssis ispaniyalı həmkarına təşəkkür edib: "Onun başladığı işi davam etdirməyə çalışırıq. Qomezdən çox şey öyrənmişəm. Ona minnətdaram".
Qeyd edək ki, 2019/2020 mövsümündə "Olimpik"in baş məşqçisi olmuş Visente Qomez cari mövsümün əvvəlindən "Sabah"ın sükanı arxasında çalışır.