
Futbol üzrə İngiltərə Premyer Liqasının daha bir oyunu təxirə salınıb.
Sportnet.az-ın məlumatına görə, yanvarın 3-də planlaşdırılan "Börnli" - "Fulhem" görüşü keçirilməyəcək.
Buna "Fulhem" komandasında koronavirusa yoluxma hallarının artması səbəb olub. Daha əvvəl London təmsilçisinin dekabrın 30-da "Tottenhem"lə matçı eyni səbəbdən baş tutmayıb.
Qeyd edək ki, dekabrın 28-dəki "Everton" - "Mançester Siti" oyunu da koronavirusa görə təxirə salınıb.