İspaniyanın "Barselona" klubunun iki nümayəndəsi koronavirusa yoluxub.
Sportnet.az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu səbəbdən əsas komandanın bu günə nəzərdə tutulan məşqi ləğv edilib.
Virusa yoluxan şəxslərin adları açıqlanmayıb. Klub nümayəndələri və futbolçular bu gün yenidən testdən keçəcəklər.
Qeyd edək ki, "Barselona" yanvarın 6-da La Liqada "Atletik" (Bilbao) ilə qarşılaşmalıdır.