"Neftçi”nin futbolçusu Sabir Buqrin "Keşlə” ilə yoxlama oyunundan sonra "Neftçi TV”yə müsahibə verib. Mərakeş əsilli belçikalı yarımmüdafiəçi özünü evdəki kimi hiss etdiyini bildirib.
"Zaman keçdikcə özümü evdəki kimi hiss edirəm, bura uyğunlaşıram və özümü daha yaxşı hiss edirəm. Ona görə də bu performansı göstərirəm. Təlim-məşq toplanışı çox yaxşı keçir. Hər kəs özünü yaxşı hiss edir. Komandada rəqabət var və getdikcə irəliləyiş çoxalır” deyə o vurğulayıb.
Buqrin yanvarın 21-də "Səbail”ə qarşı keçirəcəkləri rəsmi oyun haqda da danışıb: "Həmişə olduğu kimi, bu matça da çıxıb əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Öz oyunumuzu göstərə bilsək, qorxmağa dəyməz”.