
"Neftçi"nin sabiq futbolçusu Edson Kastilyonun yeni klubu bəlli olub.
Sportnet.az xəbər verir ki, 27 yaşlı venezuelalı yarımmüdafiəçi ölkəsinin "Karakas" klubu ilə bir illik müqavilə imzalayıb.
O, son olaraq Meksikada "Sakatepek"in formasını geyinib.
Qeyd edək ki, Edson Kastilyo 2016/2017 mövsümündə "Neftçi"də çıxış edib.