Türkiyə "Qalatasaray"ının yeni transferi Halil Dervişoğlu İstanbula gəlib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İngiltərənin "Brentford" komandasına məxsus olan 22 yaşlı hücumçu ilə danışıqlar davam etdirilir.
Türkiyənin U-21 yığmasının da formasını geyinən gənc forvardla tezliklə rəsmi müqavilə imzalanacaq.
Futbolçu "Qalatasaray"da icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Halil Dervişoğlu Niderlandın "Sparta" klubunun yetirməsidir.