"Görüşdüyümüz şəxslər var, Gündüz Abbaszadə də onlardan biridir".
Bunu Sportnet.az-a açıqlamasında "Qarabağ"ın direktoru Emrah Çelikel klubun Mətbuat xidmətinə yeni təyinatla bağlı danışarkən deyib.
O bildirib ki, təyinatın həftə ərzində rəsmiləşəcəyi gözlənilir. Çelikel Mətbuat xidmətinin işinin genişlənməsi barədə isə təyinatdan sonra danışmağın mümkünlüyünü vurğulayıb.
Klub rəsmisi Mətbuat katibi vəzifəsindən istefa vermiş Nurlan İbrahimovla bağlı situasiyaya da aydınlıq gətirib: "UEFA-nın qərarından sonra özü ayrılmağı münasib saydı. Həmin qərar qüvvədə olduğu müddetdə UEFA bayrağı altında çıxış edən bir yerdə işləməsi mümkün deyil. Klub olaraq biz də cərimə olunmuşuq. Hazırda həm biz, həm də Nurlan İbrahimov bu cərimələrin ləğv olunması üçün vəkillərimiz vasitəsilə müvafiq instansiyalara müraciət etmişik. Lakin bu qərarlar açıqlanandan sonra bu barədə danışmaq olar".