
Almaniyanın "Bavariya" klubu mövsümün sonunda baş məşqçisi Hans Fliklə yollarını ayıracaq.
Sportnet.az "Bild"ə istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis İdarə Heyətinin sədri Karl-Haynts Rummeniggenin getməsi səbəbindən klubla vidalaşacaq.
Bundan əlavə, baş məşqçinin Hasan Salihamiciçlə qarşıdurması var. Flikin Almaniya yığmasında Yoahim Lövün varisi olacağı gözlənilir.
Qeyd edək ki, Hans Flik 2019-cu ildən "Bavariya"nın baş məşqçisidir. Onun klubla sözləşməsi 2023-cü ildə başa çatmalıdır.