"Neftçi"nin futbolçusu Namik Ələskərov zədəsini sağaldıb.
Sportnet.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi artıq komanda ilə məşqlərə başlayıb.
Onun Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Zirə" ilə matçlarda meydana çıxacağı gözlənilir.
Bu komandalar arasında ilk görüş fevralın 2-də "Bakcell Arena"da, cavab oyunu isə 5 gün sonra Zirə İdman Komleksinin stadionunda olacaq.
Qeyd edək ki, Namik Ələsgərov Premyer Liqada XIV turun "Səbail"lə matçından (3:1) öncə zədələnib. O, hazırda 8 qolla "ağ-qaralar"ın bombardiridir. Futbolçu eyni zamanda "Qarabağ"dan Mahir Emreli ilə birlikdə ən sərrast oyunçuların siyahısına başçılıq edir.