Türkiyənin "Başakşehir" klubu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Emre Kaplanı icarəyə verib.
Sportnet.az xəbər verir ki, bu barədə 21 yaşlı müdafiəçi tvitter hesabından paylaşım edib.
Kaplan mövsümün sonunadək "Bodrumspor"a icarəyə verildiyini yazıb: "İki ildir formasını qürurla geyindi Bodrumsporyim "Başakşehir"dən yarım mövsümlük ayrılıram. Transferdə əməyi olan hər kəsə təşəkkür edirəm. İndi "Bodrumspor" üçün savaşmaq vaxtıdır".
Qeyd edək ki, "Bodrumspor" Türkiyənin 2-ci liqasında çıxış edir. Emre Kaplanın İstanbul klubu ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.