İspaniya millisinin sabiq futbolçusu Xusto Texada vəfat edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, veteran hücumçu 88 yaşında dünyasını dəyişib.
1961 - 1963-cü illərdə "Real Madrid"in formasını geyinmiş forvard bu komandanın heyətində iki dəfə La Liqa bir dəfə isə ölkə kubokunun qalibi olub.
Qeyd edək ki, İspaniya millisində 8 oyun keçirən Xusto Texada "Barselona" və "Espanyol"un da şərəfini qoruyub.