
Bu gün AFFA-nın inzibati binasında 2021-ci ildə FIFA hakimi kimi fəaliyyət göstərəcək referi və referi köməkçilərinə müvafiq emblemlər verilib.
Sportnet.az-ın məlumatına görə, emblemləri Hakimlər Komitəsinin sədri Frits Ştuxlik təqdim edib.
Qeyd edək ki, bu il Azərbaycanı beynəlxalq oyunlarda 17 hakim təmsil edəcək.