
İngiltərə millisinin sabiq futbolçusu Pol Qaskoyn dünyasını dəyişən atasını bir neçə dəfə vurub.
Sportnet.az xəbər verir ki, 54 yaşlı yarımmüdafiəçi "Daily Mail"ə açıqlamasında Con Qaskoynu xəstəxanada döydüyünü etiraf edib.
P. Qaskoyn öldükdən sonra da atısına zərbələr endirdiyini bildirib: "Xəstəxana yatağında tək qalanda və öldükdən sonra üzərinə sıçrayıb onu vurdum. Onu başımla və yumruqlarımla döydüm. Sonra orada uzanıb 45 dəqiqə onu qucaqladım".
Veteran futbolçu atasının ona münasibətindən də danışıb: "Şənbə günləri ondan ötrü darıxıram. Lakin çox soyuq idi, məndən başqa kiminlə gəldi danışırdı. Futbol oynadığım vaxt atamı özümlə gəzdirməyi xoşlayırdım. Hazırda hər şey qaydasındadır və yaxşı dövrləri xatırlayıram. Yəqin ki, pis anlardan çox yaxşı məqamlar var idi".
Qeyd edək ki, Pol Qaskoyn 1988 - 1998-ci illərdə İngiltərə seçməsinin formasını geyinib.