
"Neftçi" klubu yeni futbolçu transfer edib.
Sportnet.az-ın klub televiziyasına istinadən məlumatına görə, bu, bolqarıstanlı hücumçu Əhməd Əhmədovdur. Əslən türk olan 26 yaşlı forvard Bolqarıstanın MOİK (Sofiya) klubundan mövsümün sonunadək icarəyə götürülüb.
Qeyd edək ki, Əhməd Əhmədov ilk dəfə legioner həyatı yaşayacaq. O, Bolqarıstanın "Çernomorets" (Burqas), "Burqas", "Pomorye" və "Dunav" (Ruse) komandalarının da formasını geyinib. Əhmədov 2020-ci ilin fevralından çıxış etdiyi MOİK-də 5 qol vurub.