"Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordinin yeni iş yeri açıqlanıb.
Sportnet.az xəbər verir ki, 56 yaşlı mütəxəssis Moldava yığmasına rəhbərlik edəcək.
İtaliyalı baş məşqçi bu postda türkiyəli Engin Fıratı əvəzləyib. Onun müqaviləsi 2021-ci il noyabrın 15-də başa çatacaq. Bordin Moldova yığması ilə dünya çempionatının seçmə mərhələsində uğur qazanmağa çalışacaq.
Qeyd edək ki, Roberto Bordin 2018-ci ilin iyulundan 2020-ci ilin yanvarınadək "Neftçi"nin baş məşqçisi olub.