Veteran futbolçu, vaxtilə Azərbaycan Premyer Liqasında müxtəlif klubların və Azərbaycan milli komandasının heyətində çıxış etmiş Vüqar Nadirov MFL-in direktoru təyin olunub.
Sportnet.az xəbər verir ki, bununla bağlı qərar təsisçilərin ümumi yığıncağında qəbul olunub.
Fəaliyyətə başladığı gündən MFL tərəfindən istər kişilərdən, istərsə də qadınlardan ibarət komandalar arasında müxtəlif turnirlər təşkil olunub və MFL qısa müddət ərzində həvəskar futbolçuların böyük marağına səbəb olan layihələr həyata keçirib.
Qeyd edək ki, MFL-in səhmlər paketinin 25 faizi AFFA-ya məxsusdur.