
Azərbaycan Premyer Liqasının XV turunun "Neftçi" ilə oyunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu qarşılaşma 49 yaşlı mütxəssisin baş məşqçi kimi 50-ci derbisi kimi tarixə düşüb.
Onun ilk 2 derbisi flaqmanın baş məşqçisi olduğu vaxtlarda gerçəkləşib. Qurbanov "Qarabağ" sükanı arxasında isə 48 derbinin iştirakçısı olub.
Qeyd edək ki, komandalar arasında baş tutmuş son matçda "Qarabağ" evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzub.