Çempionlar Liqasının 1/8 final mərhələsində İtaliyanın "Latsio" və Almaniyanın "Bavariya" komandaları arasındakı ilk oyununun keçirilməsi sual altındadır.
Sportnet.az "Sportschau.de"yə istinadən xəbər verir ki, Münxen təmsilçisinin üzvləri koronavirusa yoluxma halları səbəbindən karantina alına bilər.
Komandanın müdafiəçisi Benjamin Pavara COVID-19 diaqnozu qoyulub. O, virusa yoluxan dördüncü futbolçudur.
"Latsio" - " Bavariya" matçı fevralın 23-də keçirilməlidir.