“Azərbaycan Premyer Liqasında cəmi 8 klub var. Regionlarda demək olar ki, futbol komandası yoxdur. Bu, Bakı çempionatıdır. Ona görə də Azərbaycan futbolu yerində sayır".
Sportnet.az-ın məlumatına görə, bunu bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında deyib. Deputat Azərbaycan futbolu ilə bağlı narahatlığını bildirib: "Ağsunun komandası var, onlar gedir digər rayonlarda məşq edir. Uşaq futbolu, Azərbaycan futbolunu məhv etməyin! Artıq həyacan siqnalı çalmaq lazımdır”.
T.Kərimlinin fikrincə, Azərbaycanda futbolla bağlı məsələdə ciddi problemlər var: "Deyirlər ki, Azərbaycan çempionatı keçirildi. Bu, elə Bakı çempionatı olub. Bunların çoxunu da SOCAR maliyyələşdirir. Hanı bizim böyük şirkətlərimiz? Yuxarı liqalara bir komanda belə çıxmır. Uduzan da, udan da yerində sayır. Yuxarı liqa, aşağı liqa məsələsi bizim futbolda yoxdur. Azərbaycan futbolunu məhv etməyin, uşaq futbolunu məhv etməyin".