"Liverpul" klubu İngiltərə çempionatında 7000-ci qolunu vurub.
Sportnet.az-ın məlumatına görə, bu, Premyer Liqanın XXVI turunda "Şeffild Yunayted"lə görüşə təsadüf edib.
"Şeffild Yunayted"i 2:0 hesabı ilə yendiyi oyunda Mersisayd təmsilçisinin sonuncu qolu tarixə düşüb. Həmin qolu 64-cü dəqiqədə Kin Brayan öz qapısına vurub.
"Liverpul" İngiltərə çempionatında 7 000 qol vuran ikinci komanda olub. İlk belə nailiyyətə "Everton" imza atıb. Şəhərin digər təmsilçisinin aktivində 7108 qol var.
Qeyd edək ki, "Liverpul" İngiltərənin ən üst çempionatında 1894/1895 mövsümündə debüt edib. "Qırmızılar" 19 dəfə qızıl medal qazanıblar.