Çinin "Dalyan İfan" klubunun futbolçusu Marek Hamşik İsveç "Göteborq"una keçəcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə jurnalist Nima Tavallaey Roodsari şəxsi tvitter hesabında yazıb. O, 33 yaşlı yarımmüdafiəçinin Göteborq hava limanından fotosunu dərc edərək, martın 9-da eyniadlı klubla müqavilə bağlayacağını yazıb.
Qeyd edək ki, Marek Hamşik "Dalyan İfan"da 45 oyuna 5 qol və 4 məhsuldar ötürmə müəllifi olub. O, İtaliya "Napoli"sinin oyun sayında (520) rekordçusudur və bombardirlər siyahısında (121 qol) ikincidir.
2020 mövsümündə "Göteborq" İsveç çempionatında 12-ci yeri tutub.
BREAKING
— Nima Tavallaey Roodsari (@NimaTavRood) March 7, 2021
Ex #Napoli captain Marek #Hamsik has landed in #Landvetter airport, Gothenburg.
Tomorrow he will sign his contract for #ifkgbg #Transfers #MarekHamsik pic.twitter.com/uf0hLU71c8