
Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunlarında iştirak edəcək bütün futbol komandaları bəlli olub.
Sportnet.az-ın məlumatına görə, son olaraq Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyasının (CONCACAF) iki komandası olimpiadaya vəsiqəni təmin edib.
Meksika və Hondurasın U-23 yığmaları CONCACAF zonası üzrə təsnifat turnirində finala vəsiqə qazanıblar. Honduras seçməsi yarımfinalda ABŞ-ı 2:1, Meksika isə Kanadanı 2:0 hesabı ilə üstələyib.
Beləliklə, Tokio-2020-də iştirak edəcək 16 komandanın hamısının adına aydınlıq gəlib. Bunlar Argentina, Avstraliya, Braziliya, Kot d İvuar, Misir, Fransa, Almaniya, Honduras, Yaponiya, Cənubi Koreya, Meksika, Yeni Zelandiya, Rumıniya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, İspaniya.