
Türkiyə millisinin və İngiltərə “Lester"inin futbolçusu Çağlar Söyüncü koronavirusa yoluxub.
Sportnet.az-ın məlumatına görə, bu barədə Premyer Liqa təmsilçisinin baş məşqçisi Brendan Rocers açıqlama verib. 48 yaşlı mütəxəssis 25 yaşlı mərkəz müdafiəçisinin hazırda özünü yaxşı hiss etdiyini bildirib. O əlavə edib ki, İngiltərə "Mançester Siti"sinə 0:2 hesabı ilə uduzduqları matçda Söyüncü virusa yoluxması səbəbindən oynamayıb.
Beləliklə, Türkiyə millisində koronavirus testi müsbət çıxan oyunçuların sayı 15-ə çatıb. Onlardan 12-si - İrfan Can Kahveci, Nazım Sanqare, Merih Demiral, Zeki Çelik, Emre Kılınç, Cenk Tosun, Kaan Ayhan, Kenan Karaman, Dorukhan Toköz, Taylan Antalyalı və Yusuf Yazıcı futbolçu, 3-ü isə məşqçilər heyətinin üzvüdür.
Çağlar yığmanın DÇ-2022-nin seçmə mərhələsində Niderland, Norveç və Latviya ilə oyunların hər birində iştirak edib və 90 dəqiqə meydanda olub. O, cari mövsüm Premyer Liqada 16 oyuna çıxıb.