AFFA İntizam Komitəsi "Keşlə" klubunu 800 manat məbləğində cərimələyib.
Sportnet.az-ın məlumatına görə, buna komandanın Premyer Liqanın XXIV turunun “Səbail”ə qarşı oyununda (1:0) 4 futbolçusunun sarı vərəqə ilə cəzalanması səbəb olub.
“Sumqayıt” isə "Zirə" ilə qolsuz başa çatan səfər matçında 5 futbolçusu sarı vərəqə gördüyü üçün eyni məbləğdə xərcə düşüb.