
Bakıda təlim-məşq toplanışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, “Neftçi”nin U-19 komandası ilə oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb. Yığmanın qollarını Sadiq Şəfiyev və Sənan Ağalarov vurub.
U-17 sonuncu oyununu aprelin 30-da “Səbail”in U-19 komandasına qarşı keçirəcək.