
"Uşaqları bağrıma basıram. Sonadək əzmkarlıq göstərdilər".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"la 1:1 hesablı bərabərə qaldıqları Premyer Liqanın XXV tur oyunundan sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis bəzi futbolçuların ayaq üstə güclə dayandığını söyləyib: "Rəqib bizdən daha yaxşı oynayırdı. Oyunçular başları yuxarı sonadək mübarizə apardıqlar. Çempionluğa oynayan komandaya məğlub olmadıq. Futbolçuların hadisələrə reaksiyası məni qürurlandırır. Sonadək mübarizə aparmağa çalışacağıq".