"Neftçi"nin futbolçusu Rener Alveş zədələnib.
Sportnet.az-ın məlumatına görə, bu barədə klub televiziyasına "ağ-qaralar"ın baş həkimi Şaiq Zöhrablı açıqlama verib.
Onun sözlərinə görə, müalicəsi davam edən braziliyalı müdafiəçi "Səbail"ə qarşı Premyer Liqanın XXVI turunun bugünkü oyununu buraxacaq.