"Sabah" klubundan ayrılan Azərbaycan millisinin futbolçusu Təmkin Xəlilzadə "Zirə" komandasına qayıdıb.
Sportnet.az-ın "qartallar"ın rəsmi saytına istinadən məlumatına görə, təcrübəli cinah oyunçusu ilə 2 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, 2015 - 2017-ci illərdə də "Zirə"nin formasını geyinmiş 28 yaşlı müdafiəçi daha əvvəl "Qarabağ", AZAL, "Qəbələ" və "Sabah"da çıxış edib. O, yığmada 22 oyuna 3 qol vurub.