
İngiltərənin "Mançester Siti" klubunun və Belçika millisinin futbolçusu Kevin De Bröyne Çempionlar Liqasının "Çelsi" ilə final oyununda aldığı zədədən danışıb.
Sportnet.az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi xəstəxanada ona burun sümüyündə sınıq və sol gözü ətrafındakı sümüyün qırılması diaqnozunun qoyulduğunu bildirib. De Bröyne "Çelsi"yə 0:1 hesabı ilə uduzduqları oyundan da məyusluğunu gizlətməyib.
Qeyd edək ki, Portuqaliyanın Portu şəhərindəki "Draqau" stadionunda keçirilmiş görüşdə yeganə qolu 42-ci dəqiqədə Kay Haverts vurub. Kevin De Bröyne 60-cı dəqiqədə zədələnərək, əvəzlənib.