
"Qarabağ Ordu" azarkeş qrupunun üzvü Əliağa Qarayevin faciəvi vəfat edib.
Sportnet.az xəbər verir ki, Qarayev Qobu qəsəbəsinə gedən yolda motosiklet qəzasına düşüb. O, hərəkətdə olduğu vaxt külək nəqliyyat vasitəsini aşırıb. Nəticədə motosiklet sürüşərək, yaxınlıqdan keçən avtomobilin altına düşüb.
Hadisə ilə əlaqədar "Qarabağ" klubu mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib.