"Səbail" klubu futbolçusu Əfran İsmayılovla müqavilənin müddətini uzadıb.
Sportnet.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi 2021/2022 mövsümündə də "dənizçilər"in formasını geyinəcək.
Qeyd edək ki, Əfran İsmayılov 2020-ci ilin sentyabrında "Səbail"ə keçib.