
Türkiyənin "Qalatasaray" klubunun hazırkı prezidenti Mustafa Cengiz maraqlı açıqlama verib.
Sportnet.az-ın məlumatına görə, 72 yaşlı funksioner mətbuat konfransında futbolçu Radamel Falkaonun transferinə görə peşman olduğunu bildirib.
Cengiz kolumbiyalı oyunçunun keçidi üçün yaxşı danışıqlar aparmadıqlarını sözlərinə əlavə edib: "Hazırda Falkao transferi qarşımda olsa, daha sıx bazarlıq edərəm".
O, səhhətindəki problemlər səbəbindən prezident seçkilərində namizədliyini irəli sürmədiyini deyib.
Qeyd edək ki, Radamel Falkao 2019-cu ildən "Qalatasaray"da çıxış edir.