Çimərlik futbolu üzrə Azərbaycan millisi Portuqaliyanın Nazare şəhərində təşkil olunan Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Spornet.az xəbər verir ki, Portuqaliya yığması ilə qarşılaşan kollektiv 2:7 hesabı ilə məğlub olub. Millinin heyətində Amid Nəzərov və Sabir Allahquliyev fərqlənib.
Yığma növbəti oyununu sabah Ukraynaya qarşı keçirəcək.