Azərbaycan millisinin və Polşa "Legiya"sının futbolçusu Mahir Emreli polyak dilini öyrənməyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə yerli "TVP Sport" nəşri yazıb.
Bildirilib ki, 24 yaşlı hücumçu ölkəyə daha yaxşı uyğunlaşmaq və baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilmək üçün bu fikrə düşüb. Onun tez-tez komanda yoldaşlarından polyak dilində sözlər soruşduğu qeyd olunub.
Xatırladaq ki, Mahir Emreli "Legiya" ilə 3+1 illik müqavilə ilə imzalayıb.