1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avstraliya Asiyanı "İşğal etdi"
Avstraliya milli komandası tarixində ilk dəfə futbol üzrə Asiya Kubokunun qalibi olub. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Angelos Postekoğlunun komandası finalda Cənubi Koreya yığması əlavə vaxtda məğlub edib - 2:1.
Sidneydəki Avstaliya stadionunda baş tutan matçda hesabı 45-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Massimo Luonqo açıb. Oyunun uzatma dəqiqələrində koreyalı Son Xın Min bərabərlik qolunu vuraraq, qarşılaşmanı overtayma uzadıb. Əlavə vaxtın ilk bölümünün sonunda - 105-ci dəqiqədə Ceyms Troisi qələbə topuna imza atıb. Bu komandaların qrup mərhələsindəki görüşündə Cənubi Koreya qalib gəlmişdi - 1:0.
Qeyd edək ki, Avstraliya yığması 2011-ci ildə Qətərdə keçirilmiş Asiya Kubokunun finalında Yaponiyaya 0:1 hesabı ilə uduzmuşdu. Avstraliya Futbol Federasiyası 2006-cı ildən Asiya Futbol Konfederasiyasının üzvüdür.