
Sosial şəbəkələrdə İngiltərə millisinin futbolçuları ilə bağlı irqçi paylaşımlar edən şəxs həbs olunub.
Sportnet.az xəbər verir ki, Eşton-na-Mersi bölgəsindən olan 37 yaşlı şübhəli sorğu-sual üçün polis idarəsinə aparılıb.
O, sözügedən paylaşımı iyulun 11-də İtaliyaya qarşı Avropa çempionatının final oyunundan sonra edib. Trafford polisi istintaqın davam etdiyini bildirib.
Qeyd edək ki, İngiltərə millisi finalda İtaliyaya uduzub.