
"Neftçi" və Gürcüstanın "Dinamo" (Tbilisi) komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununu izləmək üçün "Bakcell Arena"ya gələn azarkeşlər arasında Vətən müharibəsi şəhidlərinin övladları da var.
Sportnet.az-ın məlumatına görə, onlar saat 21:00-da start götürəcək matça tribunadan canlı tamaşa edəcəklər.
Qeyd edək ki, Tbilisidəki ilk oyunda "Neftçi" 2:1 hesablı qələbə qazanıb.