"Neftçi"nin UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi Yunanıstan "Olimpiakos"u yoldaşlıq görüşü keçirib.
Sportnet.az-ın məlumatına görə, Pirey təmsilçisi yerli "Aris" komandası ilə üz-üzə gəlib.
"Georgios Karaiskakis" stadionunda təşkil olunmuş oyun "Olimpiakos"un böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Hər üç qolu yarımmüdafiəçilər vurub. Hesabı 30-cu dəqiqədə qvineyalı Məhəmməd Kamara açıb. 42-ci dəqiqədə fransalı Yann Mvila ikinci qolu vurub. Son nöqtəni isə 78-ci dəqiqədə serbiyalı Lazar Ranceloviç qoyub.
Qeyd edək ki, "Neftçi" "Olimpiakos"la ilk matçını iyulun 21-də səfərdə, cavab görüşünü isə iyulun 28-də evdə keçirəcək.