
İtaliya "İnter"inin baş məşqçisi Roberto Mançini İtaliya Kubokunun 1/4 final mərhələsində "Napoli"yə 0:1 hesablı məğlubiyyətdən sonra öz komandasının oyununu tənqid edib. Sportnet.az-ın məlumatına görə, 51 yaşlı mütəxəssis futbolçuları axmaq adlandırıb.
O, sona 30 saniyə qalmış qol buraxmalarına qəzəblənib: "Mənim sözüm yoxdur. Belə qolları buraxmaq olmaz. Olmaz! Sona 30 saniyə qalırdı. Qol buraxanadək yaxşı oynayırdıq. Amma qol buraxmaq yox, vurmaq lazımdır. Biz isə daim buraxırıq. Yalnız bunu demək olar: Biz axmağıq! Belə qolları buraxmaq absurddur".
Sonuncu dəfə ardıcıl 3 oyundan nə vaxt məğlub ayrıldıqlarını xatırlamayan Mançini "Bəlkə də bu, 10 il əvvəl olub" deyib.







































































