Braziliya polisi San-Pauludakı dəmiryol stansiyasında dava edən 42 nəfəri saxlayıb. Sportnet.az-ın məlumatına görə, toqquşma "Korintians" və "San Paulu" azarkeşləri arasında baş verib.
Həmin vaxt "San Paulu" fanatları Pakaembu stadionuna yollanır, rəqibləri isə klub prezidenti seçkisindən qayıdırmışlar. Davadan sonra ciddi zədələr barədə məlumat verilmir.
Qeyd edək ki, fevralın əvvəllərində Riu-Qrandi-du-Sul şəhərində futbol fanatları ilə polislər dalaşıblar. Nəticədə "Novo Hamburq"un 16 yaşlı azarkeşi ölüb. O. odlu silahla vurulub.