"Neftçi" klubu ilkin razılıq əldə etdiyi argentinalı futbolçu Xorxe Korreanın viza məsələsini həll edib.
Bu barədə Sportnet.az-a paytaxt təmsilçisinin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.
O, 28 yaşlı yarımmüdafiəçinin 1-2 günə Bakıya gələcəyini bildirib. Korrea tibbi müayinədən sonra rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, argentinalı oyunçu son olaraq Portuqaliyanın "Maritimu" komandasının formasını geyinib.
"Ağ-qaralar" bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov, müdafiəçilər Romen Bask, Huqo Basto və hücumçular Tiaqo Bezerra ilə Ramon Maçadonu heyətinə qatıb.