UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun birinci oyun gününə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, gecənin mərkəzi görüşü İspaniyada "Barselona" və Almaniya "Bavariya"sı arasında keçirilib. Görüş qonaq komandanın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Qollardan ikisini 2020-ci ilin ən yaxşı futbolçusu Robert Levandovski vurub.
Kriştianu Ronaldunun qol vurmasına baxmayaraq, hazırkı klubu İngiltərə "Mançester Yunayted"i İsveçrədə "Yanq Boyz"a 1:2 hesabı ilə uduzduğu halda, keçmiş komandası İtaliya "Yuventus"u İsveçdə "Malmö"nü darmadağın edib.
Qitənin ən nüfuzlu klub turnirinin qalibi "Çelsi" İngiltərədə Rusiya "Zenit"ini minimal hesabla yenib.
Ümumilikdə 8 görüşdən 4-ü heç-heçə ilə yekunlaşıb. Bunlardan 2-də isə qol vurulmayıb.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, I tur
14 sentyabr
E qrupu
23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) - 0:3
Qollar: Tomas Müller, 34. Robert Levandovski, 56; 85
23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya) - 0:0
F qrupu
20:45. "Yanq Boyz" (İsveçrə) - "Mançester Yunayted" (İngiltərə) - 2:1
Qollar: Nikolas Mumi Nqamalyo, 66. Jordan Sibaço, 90+5 - Kriştianu Ronaldu, 13
Qırmızı vərəqə: Aron Van-Bissaka, 35 ("Mançester Yunayted")
23:00. "Vilyarreal" (İspaniya) - "Atalanta" (İtaliya) - 2:2
Qollar: Manu Trigeros, 39. Arno Qruneveld, 73 - Remo Fröyler, 6. Robin Qosens, 83
Qırmızı vərəqə: Frensis Koklen, 84 ("Vilyarreal")
G qrupu
20:45. "Sevilya" (İspaniya) - "Zaltsburq" (Avstriya) - 1:1
Qollar: İvan Rakitiç 42 (pen.) - Luka Suçiç, 21 (pen.)
Qırmızı vərəqə: Yussef En-Nesiri, 50 ("Sevilya")
23:00. "Lill" (Fransa) - "Volfsburq" (Almaniya) - 0:0
Qırmızı vərəqə: Con Bruks, 63 ("Volfsburq")
H qrupu
23:00. "Çelsi" (İngiltərə) - "Zenit" (Rusiya) - 1:0
Qol: Romelu Lukaku, 69
23:00. "Malmö" (İsveç) - "Yuventus" (İtaliya) - 0:3
Qollar: Aleks Sandro, 23. Paulo Dibala, 45 (pen.). Alvaro Morata, 45+1
Qeyd edək ki, ilk turun digər 8 oyunu sentyabrın 15-də keçiriləcək.
-------------------------
UEFA Çempionlar Liqasında qrup mərhələsi 2 oyunla start götürüb.
Sportnet.az-ın məlumatına görə, G qrupunun görüşüdən "Sevilya" İspaniyada Avstriya "Zaltsburq"u ilə heç-heçə edib - 1:1. Bu görüşdə hər iki qol penalti ilə vurulub. Qonaq komandadan Luka Suçiç 21-ci, meydan sahiblərindən İvan Rakitiç 42-ci dəqiqədə fərqlənməyi bacarıb. Daha bir penaltini Suçiç 37-ci dəqiqədə qaçırıb.
"Zaltsburq" "Seviya"nın hücumçusu Yussef En-Nesirinin 50-ci dəqiqədə qırmızı vərəqə almasından sonra da qələbə topunu vura bilməyib.
İsveçrədə "Yanq Boyz" və İngiltərə "Mançester Yunayted"i arasındakı F qrupunun görüşündə isə sensasiya qeydə alınıb. Meydan sahibləri əzmkar qələbə qazanıb - 2:1.
Hesabı 13-cü dəqiqədə Kriştianu Ronaldu açıb. 35-ci dəqiqədə Aron Van-Bissaka qırmızı vərəqə alaraq, "qırmızı şeytanlar"ı azlıqda qoyub. "Yanq Boyz" say üstünlüyündən ikinci hissədə yararlanmağı bacarıb. Nikolas Mumi Nqamalyo 66-cı dəqiqədə bərabərlik qolunu vurub. 90+5-ci dəqiqədə Jordan Sibaço yekun nəticəni müəyyənləşdirib.
Qeyd edək ki, günün daha 6 görüşü Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Qalan 8 görüş isə sentyabrın 15-də olacaq.
--------------------------
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş baş tutacaq.
Günün ilk matçları F və G qruplarında keçiriləcək. İngiltərənin "Mançester Yunayted" klubu İsveçrədə "Bazel"in qonağı olacaq. "Sevilya" isə İspaniyada Avstriya "Zaltsburq"unu sınağa çəkəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Gecənin ən maraqlı qarşılaşması, heç şübhəsiz, E qrupunda olacaq. İspaniya "Barselona"sı evdə Almaniyanın "Bavariya" klubu ilə üz-üzə gələcək. Bu qrupun digər oyununda Portuqaliya "Benfika"sı Ukraynada Kiyev "Dinamo"su ilə münasibətlərinə aydınlıq gətirəcək.
Turnirin son qalibi olan İngiltərənin "Çelsi" komandası H qrupundakı ilk sınağına Londonda çıxacaq. "Zadəganlar" Rusiya təmsilçisi "Zenit"lə qarşılaşacaq. Bu qrupda keçiriləcək digər görüşdə isə İsveçin "Malmö" və İtaliyanın "Yuventus" klubları üz-üzə gələcəklər.