UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb.
Sportnet.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, bu ada Moldova "Şerif"inin qapıçısı Yorqos Atanasiadis layiq görülüb.
Yunanıstanlı qolkiper səsvermədə Portuqaliya "Benfika"sından Darvin Nunyesi, Almaniya "Bavariya"sından Leroy Saneni, İtaliya "İnter"indən Milan Şkrinyarı geridə qoyub.
Qeyd edək ki, "Şerif" qrup mərhələsinin II turunda İspaniyada "Real Madrid"ə 2:1 hesabı ilə qalib gəlib.