"Kollektivə uyğunlaşma prosesi yaxşı gedir. Komandada oyunçuların çoxu ispan və portuqalca danışır. Bu isə mənim adaptasiyamı daha da sürətləndirir. Son iki oyunda qol vurmağı bacarmışam. Bundan daha sevincidirici məqam komandanın qələbə qazanmasıdır. Bu, məni daha da məmnun edir".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Ramon Maçado klubun rəsmi televiziyasına açıqlamasında deyib.
Yeni komandasında son 2 matçda qol vuran 30 yaşlı hücumçu karyerası ərzində ardıcıl bir neçə oyunda fərqləndiyini vurğulayıb: "Tam xatırlamıram, amma ardıcıl bir neçə oyunda qol vurduğum vaxtlar olub. Məqsədim komanda ilə çempion olmaqdır. Fərdi yox, kollektiv hədəflərimiz var".
Maçado "Səbail"ə qarşı keçirəcəkləri Premyer Liqanın VI tur oyunu barədə də danışıb: "Rəqibi elə də yaxşı tanımıram. Süni örtüyü olan meydanda oynadıqlarını bilirəm. Bu, bizim üçün bəhanə olmamalıdır. Əlimizdən gələni edəcəyik ki, sabahkı görüşdə qələbə qazanaq.
Braziliyalı oyunçu Azərbaycan dilində "salam" sözünü öyrəndiyini də vurğulayıb.
Qeyd edək ki, oktyabrın 2-də keçiriləcək "Səbail" - "Neftçi" görüşü saat 19:15-də başlayacaq.