Qadınlardan ibarət Azərbaycan milli komandasının evdə Malta ilə keçirəcəyi dünya çempionatının seçmə oyunu üçün təyinatlar açıqlanıb.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşma Macarıstandan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Reka Molnara Katalin Török və Noemi Hegedus-Barat yan xətt, Reka Boqnar isə dördüncü hakim qismində yardımçı olacaq.
Qeyd edək ki, oktyabrın 26-da "ASK Arena"da keçiriləcək Azərbaycan – Malta qarşılaşması saat 18:00-da başlanacaq.