Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Rusiyalı həmyaşıdları ilə qarşılaşıb. Sportnet.az-ın məlumatına görə, "Əlincə" stadionunda keçirilən yoxlama görüşündə Mirbağır İsayevin rəhbərlik etdiyi komanda 1:2 hesabı ilə məğlub olub.
Matçda hesabı Azərbaycan millisi açıb. İkinci hissənin əvvəlində - 42-ci dəqiqədə Yusif Cəfərovun ötürməsini Oruc İsmayılov qola çevirib. Lakin çox keçmədən qonaqlar tablodakı rəqəmləri bərabərləşdirib. Rəqibin 9 nömrəli futbolçusu Artyom Qalacan millinin qapısına yol tapa bilib. 54-cü dəqiqədə rusiyalı futbolçu dubl edərək özünün və komandasının ikinci topunu vurub - 1:2.
Qalan vaxt ərzində qapılara qol vurulmayıb və görüş bu hesabla da başa çatıb.