Azərbaycan millisinin iki üzvü Antalya toplanışında iştirak etməyəcək. Sportnet.az-ın məlumatına görə, "İnter"in qapıçısı Səlahət Ağayev və "Qəbələ"nin üzvü Rəşad Sadiqovun adı siyahıdan çıxarılıb.
Buna səbəbə hər iki futbolçunun zədəli olmasıdır.
Qeyd edək ki, yığma komanda bu gün səhər saatlarında Antalyaya yola düşüb. Toplanış bir həftə davam edəcək.