Türkiyənin "Mersin" komandasının futbolçuları məşqə çıxmaqdan imtina ediblər. Sportnet.az-ın məlumatına görə, buna səbəb futbolçuların 18 oyunda almalı olduqları məbləğin verilməməsidir.
Türkiyə mətbuatı futbolçuların klub prezidenti Əli Qəhrəmanlı ilə görüşdüklərini bildirib. Rəhbərlikdən müsbət cavab ala bilməyən komanda hazırlıq müddəti ərzində oteldə qalacaq və məşqə çıxmayacaq.
Qeyd edək, futbolçuların hər oyun üçün alacaqları məbləğdən əlavə 4 oyunun mekafatının verilmədiyi də bildirilir.