"Dünən məşqin sonunda ağrı hiss etdi. Bu gün 2 dəfə MRT müayinəsindən keçdi. Həkimlərin sözlərinə görə, zədə ciddi deyil. Bu, bizə ümid verdi".
Sortnet.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın zədəli futbolçusu Kevin Medinanın durumu barədə danışarkən deyib.
49 yaşlı mütəxəssis kolumbiyalı müdafiəçinin əzələsində cuzi qanaxma olduğunu bildirib: "İki gündən sonra bizə tam dəqiq verəcəklər. İsveçrədə "Bazell"lə matçda oynamaq şansı 50/50-dir".